Misli Premyer Liqasının XXX turunda "Turan Tovuz" "Sabah"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb. Mütəxəssis qələbəni şərh edib:

"Qələbə qazandığımız üçün xoşbəxtəm. Layiqli qələbə qazandıq. Baxmayaraq ki, oyuna yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını dəyişdik. Allaha şükür ki, qələbə qazandıq".