Azərbaycan milli komandasının futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın  "Daejeon Hana" klubunun heyətində növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin komandası "Seul"un qonağı olub.

"Daejeon Hana" birinci hissənin sonlarında ardıcıl 2 qol vursa da, fasilədən sonra üstünlüyünü qoruya bilməyib - 2:2.

A.Krivotsyuk bütün 90 dəqiqəni meydanda keçirib və oyunun ən zəiflərindən biri olub.

Hazırda "Daejeon Hana" 17 xalla 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, əslən ukraynalı olan A.Krivotsyuk axırıncı dəfə ötən ilin noyabrında yığmamızın düşərgəsində olub. O, martda Haiti və Belarusıa yoldaşlıq görüşləri üçün dəvət almayıb. Çox güman ki, buna səbəb yığmaya "milliləşdirmiş" futbolçuların çağırılmasından tədricən imtina olunmasıdır.