Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Şəki” doğma meydanda “Gəncə”ni 85:84 hesabı ilə məğlub edərək seriyada önə keçib (1:0).

Offsideplus.az xəbər verir ki, oyundan sonra “Şəki”nin baş məşqçisi Bedri Meriç görüş haqda fikirlərini bildirib:

“Tamaşaçılar üçün maraqlı oyun oldu. Texniki baxımdan yaxşı oynamadıq, xüsusən uzun oyunçularımız zəif çıxış etdi. Amma mübarizə ilə qələbə qazandıq. Ehtiyatdan daxil olan oyunçular – Pol Dibal, Tomi Lyuk və Adebayo Oduleye bizə çox kömək etdi. Komanda ruhu sayəsində qalib gəldik və bu, bizi daha da gücləndirir”.

Baş məşqçi növbəti oyunun daha çətin olacağını, amma Gəncədə də qələbə üçün mübarizə aparacaqlarını vurğulayıb.