Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.

"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.

Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:

1. Ekspert - Nurlan Valehoğlu 

Oyun: "Çelsi" - "Legiya Varşava"

Təxmin - ESK Hansı Hissə Çox Qol Vuracaq - İkinci- Əmsal 2,10

"Avropa liqası ilə yanaşı Konfrans Liqasında da maraqlı matçlar keçiriləcək. Yarışın əsas favoriti “Çelsi”nin rəqibi “Legiya” olacaq. Coşğulu azarkeş dəstəyini avrokubok matçında nümayiş etdirən varşavalılar ilk oyunda dəstəyə rəğmən 0:3 məğlub oldular. Fiziki olaraq daha yaxşı durumda olan “Çelsi”nin ikinci hissədə daha çox qol vuracağını təxmin edirəm".

2. Ekspert - Fərid Ramazanov

Oyun: "Fiorentina" - "Nk Tselye"

Təxmin - Oyun Nəticəsi 1X2 + Alt/Üst 2.5 - Üst və 1 - Əmsal 1,72

UEFA Avropa Konfrans Liqasında İtaliya təmsilçisi "Fiorentina" 1/4 final mərhələsinin cavab matçında doğma "Artemio Franchi" stadionunda Sloveniya təmsilçisi "Nk Tselye"ni qəbul edəcək. Bir həftə öncə Sloveniyada keçirilən ilk görüşdə "Fiorentina" rəqibini 2-1 hesabı ilə məğlub etmişdi. Həmin matçdan sonra həftəsonu "Fiorentina" İtaliya A Seriyasında öz meydanında "Parma" ilə qolsuz bərabərə qaldı, "Nk Tselye" isə Sloveniya Prva liqasında öz meydanında "Mura"nı 2-1 hesabı ilə məğlub etdi. "Nk Tselye" ilə bağlı əsas diqqət çəkən məqam odur ki, komandanın baş məşqçisi tanınmış sabiq futbolçu, "Liverpul" və "Qalatasaray"nın heyətində oynamış ispaniyalı Albert Rieradır. Amma cavab matçında daha güclü heyətə malik "Fiorentina"nın qələbəsini və oyunun 2.5 ÜST yekunlaşmasını gözləyirəm.

3. Eskpert - Tural Dadaşov

Oyun: "Mançester Yunayted" - "Olimpik Lion"

Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,56

"UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Mançester Yunayted" və "Lion" üz-üzə gəlir. Tərəflər arasında Fransada keçirilən ilk görüş 2-2 hesablı heç-heçə ilə yekunlaşıb. Fransızlar ötən mərhələdə FCSB-ni, Mançester təmsilçisi isə "Real Sosyedad"ı mübarizədən kənarlaşdırıb. "Lion" Liqa 1-in 29-cu turundan sonra 51 xalla 4-cü sıradadır. "Lion"un son 9 rəsmi görüşdə 7 qələbə və 1 məğlubiyyəti var. "Mançester Yunayted" Premyer Liqada 32 turdan sonra 38 xalla 14-cü yerdədir. "Qırmızı şeytanlar" bütün turnirlərdə son 10 matçda 3 qələbə qazanıb, 2 məğlubiyyət alıb. Bu qarşılaşmada da hər iki komandanın qol vuracağını təxmin edirəm".

Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...