Azərbaycan futbolunun ən böyük qarşılaşmalarından biri 19 aprel saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Offsideplus.az xəbər verir ki, “Qarabağ” və “Neftçi” növbəti dəfə Azərbaycan derbisində üz-üzə gələcək. Vacib oyundan öncə “Qarabağ”ın futbolçusu Kadi Borqes azarkeşlərə çağırış edib. Klubun sosial media hesablarında yayımlanan video müraciətində braziliyalı oyunçu fanatları stadionda komandaya dəstək olmağa səsləyib:
“Salam "Qarabağ" azarkeşləri. Kadi sizi salamlayır. Qarşıdakı oyuna gəlib bizi dəstəkləyəcəyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qazanaq!”
Həmin görüntünü sizə təqdim edirik: