"Qarabağ"ın 15 yaşlılardan ibarət komandası bu gün Türkiyənin Antalya şəhərində start götürən "Junior World Cup" beyn'lxalq turnirində ilk görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, Rauf Əliyevin yetirmələri İngiltərənin "Fulhem" klubundan olan həmyaşıdlarına qarşı mübarizə aparıblar.

Hesabı "Qarabağ" açsa da, üstünlüyü qorumaq mümkün olmayıb. Nəticədə "Fulhem" 3:1 hesabı ilə qalib gəlib.

B qrupunda yer alan Ağdam təmsilçisi bu gün daha iki matçda qüvvəsini sınayacaq. Rəqiblər Türkiyənin "Qaziemir Gündoğan" və "Muratlı Yıldızspor" komandalarıdır.