Futbol üzrə I Liqanın autsayderi "Qaradağ Lökbatan" XXII tur çərçivəsində vacib qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, Amit Quluzadənin rəhbərlik etdiyi kollektiv səfərdə "Baku Sporting"ə minimal hesabla qalib gəlib.
Bu, 5-ci pillədə qərarlaşan "Baku Sporting"in ardıcıl 3-cü məğlubiyyəti olub.
Çempionatın aşağı sıralarında yer alan "Difai" və "Cəbrayıl" da turu uğurla başa vurub.
"Qaradağ Lökbatan"ın qələbəsindən sonra I Liqada qalmaq uğrunda intriqa qayıdıb. Hazırda Lökbatan təmsilçisinin 19, 7-9-cu yerləri tutan "Difai", "Cəbrayıl" və "Mingəçevir"in isə 22 xalı var
Əsasnaməyə görə, çempionatın sonunda 10-cu pilləni tutan komanda II Liqaya yuvarlanacaq.
I Liqa, XXII tur
"Cəbrayıl" - "Mingəçevir" 2:0
"Baku Sporting" - "Qaradağ Lökbatan" 0:1
"Difai" - "Zaqatala" 1:0