AFFA Qaxda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirəcək. 

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarış aprelin 19-da Qax Olimpiya İdman Kompleksində baş tutacaq.

Turnirdə Qaxın 8 komandası mübarizə aparacaq.

İştirakçılar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.