Astara Olimpiya İdman Kompleksində təşkil olunan 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Nəticədə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yunan-Roma güləşində qalan çəkilər üzrə yarışlar sabah gerçəkləşəcək.
Çempionatın sonuncu günü, aprelin 19-da isə U-15 və U-17 qızlar arasında ən güclülər məlum olacaq.
45 kq
1. Abdurrahman Hüseynli (ROİL, “Neftçi”)
2. Ümid Babayev (Gimnaziya, Kürdəmir)
3. Yusif Mirzəyev (Lənkəran), Ömər Salmanov (MOİK)
51 kq
1. Elşad Abbasov (UGİM-2)
2. Hikmət Haqverdiyev (Şuşa UGİM)
3. Ayxan Ağayev (Göyçay), Elşən Abdullayev (Kürdəmir)
60 kq
1. Əli Nəzərov (AHİTA)
2. Nihat Tağıyev (Göyçay)
3. Qabil Bəşirov (Sumqayıt, AHİTA), Orxan Həbibli (UGİM-5)
71 kq
1. Yusif Əhmədli (ROİL, Sabirabad)
2. İslam Sultanov (ROİL)
3. İbrahim Babayev (Gimnaziya), Ağahüseyn Mehdiyev (Təhsil)
92 kq
1. Səid Paşayev (Neftçi)
2. İbrahim Məcidov (Göyçay)
3. Amin Nəsibov (“Neftçi”, AHİTA), Seymur Həsənov (Təhsil)