Qarışıq döyüş növlərində (MMA) çıxış edən idmançı Konor Makqreqorun adı cinsi təcavüzdə hallanır. 

Offsideplus.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Telekanal bildirir ki, təcavüz qurbanının 20 yaşı var. Hadisə Dublindəki barlardan birinin yaxınlığındakı dayanacaqda baş verib.

Makqreqorun nümayəndələri məlumatı təkzib edərək, döyüşçünün özünün tez-tez şayiə qurbanı olduğunu bəyan ediblər. Hələlik idmançıya qarşı rəsmi ittiham irəli sürülməyib.

Martın 26-da New York Times bildirmişdi ki, döyüşçü barəsində cinsi təcavüz iddiaları üzrə araşdırma aparılır. Konoru İrlandiya polisi sorğu-sual edərək azadlığa buraxmışdı.

Makqreqorun qanun müdafiəçiləri ilə dəfələrlə problemi olub. 2018-ci ilin aprelində o, Universal Döyüş Çempionatının (UFC) iştirakçılarının olduğu avtobusa hücumla əlaqədar həbs olunaraq islah işlərinə və hirsi cilovlama üzrə kurs keçməyə məcbur edilmişdi. 2019-cu ildə isə Makqreqor şəklini çəkmək istəyən azarkeşinin telefonunu əlindən alaraq sındırmış və yenə polis tərəfindən saxlanmışdı.(sputnik.az)