İran çempionatında 23-cü turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, fevralın 7-də Təbriz derbisi baş tutub. “Traktor Sazi” öz meydanında “Göstəriş”lə qarşılaşıb.

Oyunda hesabı qonaqlar açsa da, “al qurdlar” əzmkar qələbə qazanıb – 2:1.

“Göstəriş” hazırda 30 xalla 7-ci, “Traktor Sazi” isə 28 xalla 10-cu yerdədir.

Traktor Sazi - Göstəriş - 2:1

Ehsan Pahlavan 76, Mehdi Kiani 90 - Milad Zeneyedpur 33