Neymara Çempionlar Liqasında çıxış edən klubdan təklif gəlib.

Offsideplus.az xəbər verir ki, bunu braziliyalı hücumçunun atası "Lequipe" nəşrinə açıqlamasında söyləyib. O, bildirib:

"Avropa klublarından təkliflər var. Bu kıubların bəziləri gələn mövsüm Çempionlar Liqasında oynayacaq".

Qeyd edək ki, 33 yaşlı "sambaçı"nın ölkəsinin "Santos" klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonunda başa çatacaq. Neymar ilə "Fənərbağça" klubu da yaxından maraqlanır.