Cob Bellinqem karyerasını Dortmund "Borussiya"sında davam etdirmək istəyir.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu artıq qərarını verib və Dortmund klubuna "hə" deyib.
Hazırda "Borussiya" ilə onun klubu "Sanderlend" arasında danışıqlar davam edir.
Bu barədə jurnalist Patrik Berger məlumat verib.
"Borussiya" bu transferi bitirmək üçün 30 milyon avrosundan keçməli olacaq.
Cobun böyük qardaşı Cud Bellinqem də 2020-23-cü illər arasında Almaniya klubunda çıxış edib.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi "Sanderlend" cari mövsüm Çempionşipdən Premyer Liqaya yüksəlib.