"Bavariya" Yozua Kimmix üçün yeni müqavilə təklifi fikrindən vaz keçib.
Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi ilə bir çox titul qazanan almaniyalı, bu yay komandası ilə yolları ayıra bilər. Klub rəhbərliyi 2025-ci ilin 30 iyununda müqaviləsi başa çatacaq futbolçu ilə müqavilə yenilənmə fikrindən daşınıb.
Buna səbəb təcrübəli oyunçunun daha çox maaş istəməsidir. Hazırda o, ildə 20 milyon avro qazanır.
Klub rəhbərliyinin bazar ertəsi keçirdiyi iclasda futbolçunun tərəddüd etməsi səbəbindən kapitan ilə yeni müqavilə imzalamamaq qərarını alıb. Buna baxmayaraq, danışıqlar davam edir, lakin "Bavariya" əvvəlki şərtləri yenidən irəli sürməyə düşünmür.
Qeyd edək ki, alman futbolçunun gələcəyi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Premyer Liqa onun maaş tələblərinə cavab verə biləcək ideal variant hesab edilir. Keçmişdə Kimmixin "Barselona" və "Real Madrid"ə keçidi ilə bağlı şayiələr yayılmışdı.



