"Borussiya Dortmund" Niko Kovaçı yeni baş məşqçisi təyin etmək istəyir.
Offsideplus.az xəbər verir ki, “Borussiya”nın baş məşqçi vəzifəsinə bir neçə namizəd var. Lakin klubun idman bloku Kovaç seçiminə üstünlük verir. Dortmund təmsilçisinin rəhbərliyi xorvatiyalı məşqçi ilə danışıqlar aparmaq üçün Zalsburqa gəlib. Klub Kovaçın təyinatını ən qısa zamanda yekunlaşdırmaq istəyir.
Niko Kovaç son iş yeri "Volfsburq" olub. Bundan əvvəl o, "Monako", "Bavariya" və "Ayntraxt"ı çalışdırıb.
Qeyd edək ki, "Borussiya" ötən həftə türk mütəxəssis Nuri Şahini baş məşqçi vəzifəsindən istefaya göndərib.