Dortmund "Borussiya"sının baş məşqçisi Nuri Şahin həmkarı Sergen Yalçının onun haqqında dediklərinə cavab verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Çox güldüm. Həqiqətən gülməlidir. Bu mövzuları çox araşdırmaq mənə yaraşmır. Digər tərəfdən deyə bilərəm ki, reytinq xatirinə danışılır.  Mən heç vaxt çıxıb hansısa məşqçi və ya futbolçunu tənqid etməzdim"

Qeyd edək ki, türkiyəli çalışdırıcı cari mövsümdən etibarən Almaniya klubuna rəhbərlik edir.