Bundesliqada 3-cü pillədə qərarlaşan “Verder” öz meydanında məğlubiyyətsiz seriyasını 16 oyuna yüksəldərək klub tarixinin rekorduna imza atıb. 

Offsideplus.az xəbər verir ki, Bremen təmsilçisinin 30 yaşlı hücumçusu Max Kruse isə karyerası ərzində bütün penaltiləri dəqiq yerinə yetirib: 24 zərbə – 24 qol.

O, sonuncu dəfə  “Hertha” ilə oyunun 66-cı dəqiqəsində (3:1) rəqib qapısını dəqiq nişan alıb.

Xatırladaq ki, “Neftçi”nin sabiq yarımmüdafiəçisi İqor Ponomaryov da 1983-1988-ci illərdə SSRİ çempionatının güclülər dəstəsində ardıcıl 24 onbirmetrlik zərbədən 24 qol vurmuşdu.