"Bayer-04"ün yarımmüdafiəçisi Florian Virtz peşəkar gələcəyi ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sport Bild" məlumat verib. Mənbənin məlumatına görə, 20 yaşlı hücumameyilli yarımmüdafiəçi “Real”, “Mançester Siti” və “Liverpul” kimi nəhənglərin marağına baxmayaraq, ən azı 2024/25 mövsümünün sonuna qədər Leverkuzen komandasında qalmaq niyyətindədir.