Münhen "Bavariya"sı "Tottenhem"in hücumçusu Harri Keyni transfer etməkdə israrlıdır.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Bundesliqa təmsilçisi 30 yaşlı forvard üçün 100 milyon avro təklif etməyə hazırlaşır.
Bildirək ki, Keynlə PSJ də maraqlanır. Onun "Tottenhem"lə 2024-cü ilədək müqaviləsi var.