"Mançester Yunayted"dən ayrılan David de Xea karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

 Offsideplus.az "Bild" nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı ispaniyalı qapıçı Münhen "Bavariya"sının hədəfindədir.

Almanlar təcrübəli qolkiperi Yan Sommerin əvəzləyicisi kimi görürlər.

"Bild" qəzeti De Xea ilə İspaniya və Səudiyyə Ərəbistanı klublarının da maraqlandığını yazıb.