"Yuventus" klubunun futbolçusu Matteys de Liqt "Bavariya"ya keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, klublar bu transferlə bağlı razılığa gəliblər. Razılığa əsasən, Münhen təmsilçisi 70 milyon avro təzminat ödəyəcək. Klub əlavə 10 milyon avro bonus da ödəyə bilər.

Bildirək ki, niderlandlı müdafiəçinin bu gün yeni klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.