Leverkuzen “Bayer”i heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Çexiya millisinin hücumçusu Adam Hlojeki transfer edib. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Hlojekin yeni komandasında 23 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb. 

Xatırladaq ki, “Bayer”də Çexiya yığmasının daha bir üzvü – Patrik Şik də çıxış edir. Hansı ki, klub onunla bir neçə gün öncə yeni müqavilə imzalandığını açıqlamışdı.