Almaniya Bundesliqasının 25-ci turu çərçivəsində martın 6-ı keçirilməli olan "Maynts" - "Borussiya" (Dortmund) oyunu təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, buna "Maynts"da 19 nəfərin (13-ü futbolçu olmaqla) koronavirusa yoluxması səbəb olub.
Qeyd edək ki, "Borussiya" ölkə çempionatında 50 xalla 2-ci, "Maynts" 34 xalla 9-cu pillədə qərarlaşıb.