"Borussiya”(Dortmund) klubu gənc futbolçusu Ceydon Sanço ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı ingiltərəli cinah hücumçusu komandada qalacaq.
Bu barədə məlumatı Bundesliqa təmsilçisinin idman direktoru Mixael Zork verib.O, Sançonun yeni mövsümdə də klubda olacağını və futbolçunun müqaviləsinin müddətini 2023-cü ilə qədər uzatdıqlarını vurğulayıb.
Qeyd edək ki, sözügedən futbolçunun adı "Mançester Yunayted"lə hallanırdı.