Almaniya Bundesliqasının ötən turunun mərkəzi oyununda "Bavariya" "Borussiya"(Dortmund) klubunu minimal hesabla məğlub edib.
Offsideplus.az xəbər verir ki, həmin görüşdə yeganə qolun müəllifi olan Yozua Kimmix yeni rekorda imza atıb.
Kimmix, “Borussiya” ilə matçda 13,73 km məsafə qət edib. Bu, “Bavariya”da 2013/14 mövsümündən bu yana Bundesliqada bir oyunda qaçılan ən yüksək məsafədir.