Futbol üzrə Almaniya Bundesliqasında XXVI tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Bremendəki "Vezerştadion"da keçirilən oyunda "Verder" və "Bayer" komandaları qarşılaşıblar. Oyun qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1. 

Bununla da xalını 50-yə çatdıran "Bayer" 5-ci pillədə möhkəmlənib. 18 xala və ehtiyatda bir oyuna malik "Verder" isə 17-cidir.