New York Knicks və Minnesota Timberwolves NBA pley-offsun üçüncü mərhələsinə (yarımfinal) çıxmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, hər iki komanda bu gecə keçirilən oyunlarda qələbə qazanıb.
Son çempion Boston Celtics isə titulunu qorumaq üçün növbəti görüşdə mütləq qalib gəlməlidir. Əks təqdirdə, NBA-nın 18 qat çempionu mübarizəni erkən dayandıracaq.
NBA play-offs, ikinci mərhələ (1/4 final)
New York City- Boston Celtics 121:113
seriyada hesab - 3:1
Golden State Warriors - Minnesota Timberwolves 110:117
seriyada hesab - 1:3
*ən tez 4 qələbə qazanan komanda növbəti mərhələyə çıxacaq