Azərbaycan Basketbol Liqasının növbəti turunda “Abşeron” “Sərhədçi”yə 86:79 hesabı ilə qalib gəldi. 

Offsideplus.az xəbər verir ki, görüşdən sonra qəsəbə təmsilçisinin baş məşqçisi Erhan Toker qarşılaşma barədə fikirlərini bildirdi. O, saytımıza açıqlamasında bunları söylədi:

"“Sərhədçi" yaxşı komandadır. Kollektivimiz bu gün çox yaxşı çıxış etdi. Oyuna tam hazır idik və istədiyimiz nəticəni əldə edə bildik.”

Erhan Toker komandasının ardıcıl uğurlara fokuslandığını qeyd etdi:

“Hər oyuna ayrı-ayrılıqda yanaşırıq, hədəfimiz hər zaman qalib olmaqdır.”