İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, şəxsi yarışlarda mübarizə aparan Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər.
Mərziyyə Nurmətova və Aylin Əsgərova tandemi isə 1/32 finalda Almaniya, 1/16 finalda isə Çexiya təmsilçiləri üzərində qələbələrlə 1/8 finala vəsiqə qazanıblar. Stolüstü tennisçilərbu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar.
Qeyd edək ki, U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə, Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə 12 idmançımız mübarizə aparır. 40 dan çox ölkənin qatıldığı Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.