"Sabah"ın basketbolçusu Emmanuel Aqbason Azərbaycanı “Basketball Without Borders” (Sərhədsiz Basketbol) da təmsil edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sabah" klubunun mətbuat xidməti məlumat yayıb.

Emmanuel Aqbason dünyanın müxtəlif ölkələrindən ən istedadlı gənc basketbolçuları bir araya gətirən Basketball Without Borders (BWB) proqramında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, NBA və FIBA-nın birgə həyata keçirdiyi bu beynəlxalq proqram gənc basketbolçular üçün yüksək səviyyəli məşqlərdə iştirak etmək, dünyanın müxtəlif ölkələrindən olan həmyaşıdları ilə mübarizə aparmaq, NBA və FIBA məşqçilərindən öyrənmək və öz inkişaflarını davam etdirmək üçün xüsusi imkan yaradır.