"Los Anceles Leykers" yay transfer dövründə azad agent olan Conatan Kuminqa ilə marağını davam etdirir. Klub bir neçə həftədir danışıqlarda irəliləyiş əldə etməsə də, basketbolçunun heyətə cəlb olunması üçün, o cümlədən "sayn-end-treyd" sxemi ilə "Atlanta"nın da daxil olduğu variantlar nəzərdən keçirilir.
Offsideplus.az xəbər verir ki, "Leykers" azad agent bazarı açılan kimi Kuminqa ilə görüşüb və ona daha çox oyun vaxtı və yüksək yerlər uğrunda mübarizə aparan komandada əsas rol təklif edib. Bu imkan 23 yaşlı forvardı maraqlandırsa da, "sing-and-trade" çərçivəsində təklif olunan müqavilənin müddəti, məbləği və "Atlanta Hoks"a göndəriləcək aktivlər tərəfləri razı salmayıb. Kumingaya "Klivlend Kavalers" və "Minnesota Timbervulvs" da iddia edir.


