Argentina millisinin və "Boka Xuniors"un yarımmüdafiəçisi Leandro Paredes karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Milan" 32 yaşlı futbolçunun transferi üçün rəsmi təklif göndərib. Bu mövsüm Argentina çempionatında 17 oyunda meydana çıxan Paredes 2 qol vurub, 3 məhsuldar ötürmə edib və 8 sarı vərəqə alıb. 2026 Dünya Çempionatında isə o, 7 qarşılaşmada 2 sarı vərəqə ilə yadda qalıb. Paredes daha əvvəl A Seriyasında "Kyevo", "Empoli", "Yuventus" və "Roma"da da çıxış edib.