NBA 2K basketbol simulyatorunun yeni versiyasında ən yaxşı orta məsafəli atış ustalarının siyahısı açıqlanıb. "Hyuston Rokets"in ulduz forvardı Kevin Durant bu siyahıda 7-ci yeri tutmasından və 97-lik reytinqindən narazı qalıb.

Offsideplus.az xəbər verir ki, Durant sosial şəbəkədə paylaşım edərək reytinqə etirazını bildirib: "Ronni 2K, 2K şirkəti... Mən əsəbiləşirəm... Orta məsafəyə görə 97 bal????????????????????????????????????????" – deyə Durant qeyd edib.