İngiltərənin "Mançester Siti" klubu "Barselona"nın ispan yarımmüdafiəçi Rodri üçün irəli sürdüyü ilk rəsmi 45 milyon avro + bonuslar dəyərindəki təklifini geri çevirib.

Offsideplus.az xəbər verir ki, ​transferdə son vəziyyət:

  • ​"Mançester Siti"nin tələbi: Mançester təmsilçisi 30 yaşlı ulduz futbolçunu 70-75 milyon avro civarında məbləğdən aşağı satmaq niyyətində deyil.
  • ​"Barselona" ikinci təklifə hazırlaşır: Frenki de Yonqun zədələnməsindən sonra orta sahəyə təcili güclənmə axtaran "Barselona" rəhbərliyi yaxın saatlarda yaxşılaşdırılmış yeni təklif göndərəcək.  
  • ​Şəxsi şərtlər həll olunub: Rodri "Barselona" ilə 4 mövsümlük müqavilə şərtlərində tam razılıq əldə edib və yalnız Kataloniya klubuna keçmək istədiyini rəhbərliyə bildirib.