"Bavariya Münhen"in baş məşqçisi Vensan Kompani Bundesliqanın Avropa futbolunda mövqeyi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Kompani Bundesliqanı İngiltərə Premyer Liqasından sonra ən güclü çempionat hesab etdiyini bildirib. "Liqa müqayisələri adətən maliyyə imkanlarına əsaslanır. Premyer Liqada ən böyük maliyyə resursları var, buna görə də dünyanın ən yaxşı liqasıdır. Mən Bundesliqanı ikinci yerə qoyardım. İstedad baxımından da Premyer Liqa öndədir, çünki böyük vəsaitlə çox sayda güclü oyunçu almaq mümkündür. Amma Bundesliqanın da üstünlükləri var: burada inanılmaz azarkeş mədəniyyəti və demək olar ki, hər klubda istedadlı futbolçular yetişir. Hazırda Premyer Liqa üstünlük təşkil edir, lakin Bundesliqa güc baxımından ikinci yerdədir. Bu, çox maraqlı çempionatdır və burada bir çox əla oyunçu və güclü komanda çıxış edir", – deyə Kompani vurğulayıb.