Malili hücumçu El-Bilal Ture "Atalanta"dan "Parma"ya icarəyə verilib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçunun icarə müqaviləsi 30 iyun 2027-ci ilə qədər nəzərdə tutulub. "Parma" bu transfer üçün 1,5 milyon avro ödəyəcək.
Müqavilədə 10 milyon avro qarşılığında birdəfəlik transfer imkanı da var və müəyyən şərtlər yerinə yetirildikdə bu bənd məcburi olacaq. "Atalanta" növbəti satışdan 10 faiz pay əldə edəcək. Əgər transfer tam baş tutarsa, Ture ilə müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Ötən mövsüm El-Bilal Ture icarə əsasında "Beşiktaş"da çıxış edib, Türkiyə çempionatında 22 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə verib.


