"Nyukasl"ın idman direktoru Ross Uilson yarımmüdafiəçi Brunu Gimarayeşin transferi ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı braziliyalı futbolçunun "Arsenal"a 75 milyon funt sterlinqə keçəcəyi bildirilib.
Uilson qeyd edib ki, Gimarayeş komandanın kapitanı və əsas oyunçularından biridir, lakin bu məbləğ onun yaş kateqoriyasında dünya rekordu sayılır.
"Bütün üstünlükləri və çatışmazlıqları nəzərə almağa məcbur olduq. Brunu bizə çox hörmətlə bildirdi ki, ayrılmaq və karyerasında yeni mərhələyə keçmək istəyir. Bu, həmişə futbolçunun gedə biləcəyi anlamına gəlmir, amma müəyyən məbləğlər barədə danışanda planlarımıza təsir edir. Brunun satılması yay üçün strategiyamızda yox idi, lakin baş verənlərə çevik reaksiya verməliyik", – deyə Ross Uilson bildirib.


