Bleacher Report-un hazırladığı siyahıya əsasən, NBA-də ən çox artıq ödəniş alan oyunçular müəyyənləşdirilib. Siyahıda müxtəlif mövqelər üzrə bir neçə tanınmış basketbolçu yer alıb.
Offsideplus.az xəbər verir ki, mərkəz mövqeyində çıxış edən Joel Embiid "Filadelfiya"da 58,1 milyon dollarla siyahının başında qərarlaşıb. Yüngül forvard mövqeyində isə Cimmi Batler "Qolden Steyt Uorriors"da 56,8 milyon dollar qazanaraq ikinci sıradadır. Digər mövqelərdə də yüksək məbləğlər diqqət çəkir: De'Aaron Foks "San Antonio"da 49,8 milyon dollar, Ceylen Qrin "Finiks"də 36,3 milyon dollar, Klay Kuzma "Miluoki"də 20,3 milyon dollar və Cə Morant "Portlend"də 42,2 milyon dollar əldə edir. Siyahıda həmçinin Pol Corc, Zak Lavin, Domantas Sabonis kimi ulduzların adları da var.


