İsmail Bennaser "Milan" klubu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, İtaliya təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini açıqlayıb. Əlcəzairli futbolçu 2019-cu ildən "Milan"da çıxış edib, ötən mövsümü isə icarə əsasında Zaqrebin "Dinamo" klubunda keçirib. Məşhur insayder Fabritsio Romano bildirib ki, Bennaser karyerasını Qətərin "Əl-Qarafa" komandasında davam etdirəcək.


