"Real Madrid" rəhbərliyi ulduzunu Premier Liqaya yollamağa qərar verib.
Offsideplus.az xəbər verir ki, klub braziliyalı gənc hücumçusu Endrikin İngiltərə Premyer Liqası təmsilçilərindən birinə icarəyə verilməsi barədə razılıq əldə edib.
Rəhbərlik braziliyalı futbolçunun transfer hüquqlarını özündə saxlayır və bu addım oyunçunun inkişafı üçün atılan strateji həmlə kimi qiymətləndirilir.



