Enso Fernandesin mümkün transferi ilə bağlı yeni detallar məlum olub.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti" yarımmüdafiəçi Rodri komandadan ayrılsa, "Çelsi"nin futbolçusu Enso Fernandesin transferini nəzərdən keçirir. London klubu argentinalı oyunçunu təxminən 120 milyon funt-sterlinq dəyərləndirir.

Bildirilib ki, Rodri ilə maraqlanan əsas klublardan biri "Barselona"dır. Eyni zamanda, Rodrinin transferi baş tutmasa, "Real Madrid" də Enso Fernandesin namizədliyinə baxa bilər.

Ötən mövsüm Premyer Liqada Enso Fernandes 36 oyunda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə verib.