Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu Superliqaya yeni yüksələn “Ərzurumspor”la 1 mövsümlük icarə müqaviləsi imzalayıb.

Qeyd edək ki, Axundzadənin hüquqları ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur.

O, bu ilin fevralında “Qarabağ”dan ABŞ təmsilçisinə transfer olunub və klubla 3,5 mövsümlük sözləşmə bağlayıb.