Meksikalı hücumçu İrvinq Lozano "San-Dieqo"dan "Los-Anceles Qalaksi"yə icarəyə verilib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu 2026-cı ilin dekabrına qədər yeni klubunda çıxış edəcək. Müqavilədə tam transfer üçün seçim hüququ da nəzərdə tutulub. Lozano "Qalaksi"də maaşı komandanın maaş limitini aşan təyin olunmuş oyunçu statusunda çıxış edəcək.

Ötən MLS mövsümündə Lozano 31 oyunda 11 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, əvvəllər PSV və "Napoli"də də çıxış edib.