Neymarın keçmiş agenti Vaqner Ribeyro braziliyalı hücumçunun "Real Madrid"də çıxış etsəydi, "Qızıl top" mükafatına sahib olacağına əmin olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Ribeyro Neymarın "Barselona"da oynadığı dövrdə Lionel Messinin yanında olduğu üçün bu mükafatı qazana bilmədiyini deyib. O bildirib ki, "Barselona" və Avropa üçün Messinin ardıcıl qalib gəlməsi sərfəli idi və Neymarın uğuruna mane olub.
"Əminəm, əgər Neymar o vaxt "Real Madrid"ə keçsəydi, "Qızıl top"u qazanardı. Heç bir şübhəm yoxdur. O, "Barselona"da inanılmaz mövsümlər keçirdi, Çempionlar Liqasında və çempionatda fərqləndi. Amma Messinin yanında olduğu üçün bu mükafatı ala bilmədi. Onlar istəyirdilər ki, Messi qalib gəlməyə davam etsin" – deyə Ribeyro vurğulayıb.
Agent əlavə edib ki, "Real Madrid" pərdəarxası işlərdə daha güclüdür və Madridin paytaxt olması bu baxımdan üstünlük yaradır.


