ABL-in XIII turunda "Şəki" "Sabah"a 112:65 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, Şəki təmsilçisinin baş məşqçisi Bedri Meriç matçı şərh edib:
“Sabah” bizim üçün çətin rəqibdir, təəssüf ki, eyni səviyyədə deyilik. Biz də oyundan çox asan qopduq. Əslində “Sabah”a qarşı bəzi planlarımız vardı, ancaq heç birini edə bilmədik. Oyundan qopduqdan sonra da toparlanmağı bacarmadıq. Növbəti tur NTD ilə matça çox yaxşı hazırlaşıb, qalib gəlmək istəyirik. Yeni transferimiz NTD ilə matça yetişəcək. Zatən o, ötən mövsümdən bizim oyun sistemimizi bildiyindən, bizimlə birgə az məşq keçsə belə, çıxış edə biləcək. Bir dənə də uzun oyunçu heyətimizə qatmağı düşünürük. Ancaq onu NTD ilə matça çatdıra bilməyəcəyik”.


