"Kristal Palas" rəhbərliyi baş məşqçi Oliver Qlasnerlə yolları ayırmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, buna səbəb avstriyalı mütəxəssisin "Sanderlend"ə məğlub olduqları oyundan sonra etdiyi açıqlamalardır:
"Özümü tamamilə tərk edilmiş hiss edirəm. Bir çox oyunçudan istifadə edə bilmirəm. Futbolçular əllərindən gələn hər şeyi etdilər və bu vəziyyət həftələrdir, aylardır belə davam edir.
Heyətdə əlimizdə cəmi 12-13 oyunçu var və heç bir dəstək görmürük. Ən betəri isə, oyuna çıxmağa cəmi bir gün qalmış kapitanımızı satmaqdır.
Hazırlıq keçirik, sentyabr ayından bəri ilk dəfədir ki, tam bir həftə məşq edə bilirik və məhz həmin vaxt — matçdan bir gün əvvəl kapitanımızı satırıq. Buna heç bir məna verə bilmirəm".
Qeyd edək ki, "Kristal Palas"ın kapitanı Mark Qexinin "Mançester Siti"yə keçəcəyi gözlənilir.
Qlaser 2024-cü ilin fevralından London təmsilçisinə başçılıq edir. Klub onun rəhbərliyi altında 2 kubok qazanıb.


