Azərbaycan Basketbol Liqasında (ABL) XIII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, son oyun günündə iki oyun baş tutacaq. Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək.
Əvvəlcə "Sabah" "Şəki"ni qəbul edəcək. Bu matç saat 15:00-da başlayacaq.
Daha sonra isə lider A qrupunun lideri "Abşeron Lions" NTD-ni sınağa çəkəcək. Oyunun hava atışı saat 18:00-da olacaq.
Bu komandalar hamısı A qrupunda mübarizə aparır. "Sabah" "Abşeron Lions"un 2 xal gerisində 21 xalla 2-ci yerdədir. "Şəki" 14 xalla 5-ci, 12 xala malik NTD isə sonuncu - 6-cı yeri tutur.


