"Barselona"nın cinah müdafiəçiləri - Jül Kunde və Alexandro Balde zədələnib.

Offsideplus.az xəbər verir ki, onlar ötən gecə keçirilən "Atletiko" ilə matçda sıradan çıxıblar.

Kunde 1 ay, Balde isə ayyarım meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Barselona" "Atletiko"nu 3:0 hesabı ilə məğlub etsə də, ilk oyunda 4 top fərqlə uduzduğu üçün mübarizəni dayandırıb.