Azərbaycan yığmasının keçmiş hücumçusu Rauf Əliyev bu gün keçiriləcək "Qarabağ" - "Şamaxı" oyunu barədə fikirlərini bildirib.

O, "Offsideplus.az" saytına açıqlamasında Ağdam təmsilçisini daha şanslı gördüyünü söyləyib:

"Bugünkü oyunla bağlı onu deyə bilərəm ki, "Qarabağ" ilk oyunda məğlub olsa da, düşünürəm ki, cavab matçında "Şamaxı"nı rahat şəkildə keçəcək. "Qarabağ" artıq tamamilə ölkə çempionatı və kuboka köklənib".

"Çempionatdakı bütün klublar güclənib, demək olar ki, zəif komanda yoxdur. Cari mövsümdəki nəticələr bunu göstərir. Buna görə də həm çempionat, həm də kubok "Qarabağ" üçün heç də asan olmayacaq".

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cütün qalibi Azərbaycan Kubokunda yarımfinala yüksələcək.