Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI turun ilk oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan ilk qarşılaşmada gərgin mübarizə qeydə alınıb. "Ordu" və "Neftçi" kollektivlərinin üz-üzə gəldiyi matç 5 set davam edib. Yekunda 3:2 (19:25, 25:21, 25:18, 22:25, 15:10) hesabı ilə "Neftçi" qalib gəlib.

Günün digər oyununda isə "Xilasedici" "Gənclər" komandasını sınağa çəkib. Rəqibindən hər üç setdə üstün olan "Xilasedici" quru hesablı qələbəyə sevinib - 3:0 (25:11, 25:15, 25:11).

Qeyd edək ki, XVI tura martın 5-də yekun vurulacaq.